Afaq Gəncəli Rəhim üçün şeir dedi - video
Bəstəkar-müğənni Rəhim Rəhimli 8 Mart münasibətilə xanım pərəstişkarlarını təbrik edib.
Axşam.az-ın məlumatına görə, ifaçı “Dön geri” mahnısına klip çəkdirib. Ekran işində foto və video sintez olunub. Klipin ideya müəllifi və rejissoru Anar Hüseynovdur. Fotolar isə Raj Steven tərəfindən çəkilib. Klipdə səslənən şeir aparıcı Afaq Gəncəliyə məxsusdur.
Qeyd edək ki, “Dön geri”nin söz və musiqisi R.Rəhimliyə aiddir.