18 yaşlı azərbaycanlı ifaçı ukraynalıları heyran etdi - video
Azərbaycanlı ifaçı Vaqif Nağıyev Ukraynanın musiqi yarışması olan “Qolos krayni” ("Ölkənin səsi") müsabiqəsinə qatılıb.
Axşam.az xəbər verir ki, o, məşhur opera və estrada ifaçısı, bəstəkar-müğənni Müslüm Maqomayevin “Mavi əbədiyyət” mahnısını səsləndirib.
Vaqifin ifasına heyran olan münsiflər heyətinin üzvləri – Svyatoslav Vakarçuk, Ani Lorak, Tamara Qverdçiteli və Sergey Lazarev ona “hə” deyiblər. Həmyerlimizin 18 yaşı olduğunu bildikdə yarışma nümayəndələri daha da təəccüblənib.
T.Qverdsitelini seçən Vaqif Nağıyev gürcüstanlı sənətçinin komandasına daxil olub.