Gənc müğənnidən +18 klip - fotolar

Gənc müğənnidən +18 klip - fotolar
5477 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün müğənni Sənan Əliyevin “Zaman” adlı yeni klipinin təqdimatı olub.

Axşam.az-ın məlumatına görə, sözləri ifaçının özünə, musiqisi isə Üzeyir AbdulCabbara məxsus olan bəstənin ekran işinin rejissoru Emil Quliyevdir.

Sənan Əliyev erotik görünülərin yer aldığı klipindən söz açaraq bunları deyib:

“Bu klipi uzun müddət əvvəl çəkdirməli idim. Arıqlamaq üçün idmanla məşğul olurdum. İstədiyim çəkiyə düşdükdən sonra çəkilişlərə başladıq. Tərəf müqabilim, model İzabella bugünkü tədbirə qatıla bilmədi. O, hazırda Türkiyədədir".

Maraqlı anların yaşandığı mərasimdə müğənni Roza Zərgərli, Sevinc Musayeva, Elvin Abdullayev, Aysel Əlizadə, Əbdül Xalid, “Şeron” qrupunun üzvləri Rüstəm Zeynallı, Nicat Rəhimov, prodüser Təranə Səmədova, aparıcı Vüsalə Əlizadə və başqaları yer alıb.

Foto: Rəşad ABBASOV

)