Hollivud gözəli Kameron Dias illər ötməsinə baxmayaraq, öz cazibədarlığını qoruyub saxlamağı bacarıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bu günlərdə 41 yaşlı ulduzun yeni fotoları yayılıb.
Uşaqlıq dövründən indiyədək Kameronun necə dəyişdiyini müqayisə edən ekspertlər onun yaşına görə çox cavan göründüyünü söyləyiblər. Buna səbəb isə aktrisanın qidasına xüsusi diqqət göstərməsi və hər zaman tərəvəz yeməklərinə üstünlük verməsidir.