Karantini pozub idman zalına getdilər

Karantini pozub idman zalına getdilər
543 dəfə oxunub
  • A-
  • A
  • A+

Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən idman zalı aşkarlanıb.

Axşam.az Bakı şəhər BPİ Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Mircəlal küçəsində yerləşən idman-məşq zalında 9 nəfər müəyyən olunub.

Sanitar-epidemioloji normaları pozan şəxslər müvafiq polis bölməsinə dəvət olunaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə hər biri barəsində protokol tərtib olunub.