Hollivud ulduzu Jan Klod Van Dammın oğlu Kristoferlə ailə quran Suada Hacızadə həyat yoldaşı ilə bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, o, Krifstoferin ad günü olduğunu vurğulayıb. Suada birlikdə olan fotolarını yayımlayaraq, həyat yoldaşını bu sözlərilə təbrik edib:
"Bu, həyat yoldaşımın 37-ci ad günüdür. Həyatımda olduğuna və bu ömrü səninlə bölüşdüyümə görə minnətdaram. Səni çox sevirəm! Hər zaman xoşbəxt olaq".
Qeyd edək ki, Kristofer və Suada 2021-ci ildə Türkiyədə ailə qurublar.