Hikmət Babayev işdən çıxarıldı - Rəsmi

Hikmət Babayev işdən çıxarıldı -  Rəsmi
1436 dəfə oxunub
  • A-
  • A
  • A+

Vətəndaşların taksidən istifadəsiylə bağlı qalmaqallı çıxışıyla gündəmə gələn Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Hikmət Babayev işdən azad edilib.

Axşam.az xəbər verir ki, bu barədə BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

Qeyd edək ki, bu barədə ilk məlumatı report.az yayıb.

Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Hikmət Babayev efirdə çıxışı zamanı bildirmişdi ki, taksidən istifadə etmək əvvəllər olduğu kimi, müəyyən imkanlara bağlı olmalıdır: “Taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil. Bunun üçün müntəzəm marşrut xətləri mövcuddur”.