Elnurdan "Zirvədəkilər" üçün “Sonunda” - video
Müğənni Elnur Məmmədov “Zirvədəkilər” layihəsinə qoşulub.
Axşam.az-ın məlumatına görə, sənətçi müsabiqə üçün “Sonunda” bəstəsini səsləndirib. Mahnının musiqisi Elvin Musayevə məxsusdur. Tamaşaçılar Elnura “Zirvədəkilər” layihəsinin “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsində səs verə bilərlər.
Qeyd edək ki, “Zirvədəkilər” layihəsinin rejissoru və müəllifi Nail Naiboğlu, prodüseri Pərviz Oqtayoğlu, musiqi redaktoru Rauf Sahiboğludur. Layihənin informasiya dəstəyi Axşam.az saytına məxsusdur.
Səsvermənin nəticəsi mayda bəlli olacaq. Bununla bağlı böyük qala konsert keçiriləcək. Gecədə qaliblərə mükafatlar təqdim olunacaq.
“Zirvədəkilər”in beşinci buraxılışına bu gün saat 16:00-da “Lider” telekanalında baxa bilərsiniz. Budəfəki veriliş Rəşid Behbudov adına Mahnı Teatrında lentə alınıb.