"Vətəndaşların Ağdama qayıtmasına köməklik göstəriləcək"

"Vətəndaşların Ağdama qayıtmasına köməklik göstəriləcək"
367 dəfə oxunub
  • A-
  • A
  • A+

"Ağdam şəhərini də biz bərpa edəcəyik".

Axşam.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib. Dövlət başçısı bildirib ki, bununla bağlı baş plan hazırlanacaq:

"Mütəxəssislər cəlb ediləcək, planlı şəkildə işlər görüləcək. Vətəndaşlara ora qayıtmaq üçün köməklik göstəriləcək".

Ali Baş Komandan artıq bərpa işlərinə başlanıldığını xatırladıb:

"Füzulidən Şuşaya yol çəkilməsi üçün Prezidentin ehtiyat fondundan vəsait ayrılıb, gələn il əlavə vəsait ayrılacaq. Göstəriş vermişəm, bir neçə şirkət cəlb olunsun ki, vaxt itirmədən tez yolu çəkək".