Türkiyədə koronavirusdan ölənlərin sayı 12 mini keçdi

Türkiyədə koronavirusdan ölənlərin sayı 12 mini keçdi
233 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 141 nəfər ölüb.

Axşam.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib.

O qeyd edib ki, son 24 saatda 156 642 şübhəli koronavirus testindən keçib, onlardan 5103-nün cavabı pozitiv çıxıb, 3019 xəstə isə sağalaraq evə buraxılıb. Sağalan xəstələr ümumilikdə 367 592 nəfərdir. Ağır xəstə sayı isə 3990 nəfər olub.

Türkiyədə indiyədək 435 273 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 12 084 nəfəri ölüb.