Fulya Öztürk koronavirusa yoluxub - Fotolar

Fulya Öztürk koronavirusa yoluxub -  Fotolar
1876 dəfə oxunub
  • A-
  • A
  • A+
Qarabağ müharibəsində Azərbaycanda hər kəsin sevimli jurnalistinə çevrilən "CNN Türk"ün əməkdaşı Fulya Öztürk koronavirusa yoluxub.

Axşam.az xəbər verir ki, Fulya xəstəxanada çəkilən fotosunu sosial şəbəkədə paylaşaraq bu barədə məlumat verib:

“Ötən həftənin bazar günü Azərbaycandan qayıtdıq. Gəlməmişdən əvvəl test etdirmişdik, neqativ çıxmışdı. İçimdə şübhə var idi. Məlumdur ki, orada mənə qarşı xüsusi enerji və sevgi var idi. Qarşılıqlı, gözəl duyğular yaşadıq. Əhalinin sıx olduğu yerlərdə olmağa məcbur idim. Şəkil çəkdirərkən, bütün lazımı qaydalara riayət etməyimə baxmayaraq, virusa yoluxdum. Bu gün xəstəxanadan çıxdım. Hazırda özümü yaxşı hiss edirəm”.