Ceyda Ateş ana oldu

Ceyda Ateş ana oldu
1559 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli aktrisa Ceyda Ateş ana olub.

Axşam.az türk mətbuatına istinadən xəbər verir ki, iş adamı Buğra Toplusoyla evlənən və Amerikaya köçən Ceydanın qızı dünyaya gəlib. Talyanı yenicə qucağına alan Ateş bununla bağlı İnstaqram hesabında paylaşım edib.

“Biz yaxşıyıq. Doğum yaxşı keçdi. İkimizin də səhhəti yaxşıdır. Uzun müzakirələrdən sonra qızımın adını Talya qoymaq qərarına gəldik. Mənası payızın müjdəçisi, şans və bərəkət gətirən heyvanlar aləminin kraliçası deməkdir” deyə, Ateş bildirib.