Murad Boz bütün vaxtını maşın salonlarında keçirir

Murad Boz bütün vaxtını maşın salonlarında keçirir
604 dəfə oxunub
  • A-
  • A
  • A+
Bir müddət əvvəl aktrisa Aslı Enverdən ayrılan və adı tez-tez eşq qalmaqallarında hallanan Murad Boz boş vaxtlarını avtomobil salonlarında keçirdiyini etiraf edib.

Axşam.az türk mətbuatına istinadən xəbər verir ki, ötən gün ifaçı yenə maşın salonlarından birindən çıxarkən obyektivlərə tuş gəlib. Media nümayəndələrini görən Murad onlarla söhbət də edib.

“Asudə vaxtlarımda avtomobil axtarmağa çıxıram. İndi də gəldim ki, yeni modellərə baxım. Əslində burada vaxtım səmərəli keçir. Evdə qalanda darıxıram. Avtomobillərə baxmaq və burada vaxt keçirmək mənim üçün əsl əyləncədir” deyə, müğənni bildirib.