Müğənni tənqid edildi

Müğənni tənqid edildi
1744 dəfə oxunub
  • A-
  • A
  • A+
Gənc popçu Demi Lovato tənqidlərə məruz qalıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Kaliforniyada ev heyvanlarının sığınma mərkəzinə yollanan ifaçı orada hind quşu ilə şəkil çəkdirib.

Mərkəz tərəfindən sosial mediada paylaşılan fotoya, hind quşlarının kütləvi şəkildə öldürülməməsi və insanların hind quşlarına sahib çıxmaları haqqında çağırışın yer aldığı yazı yazılıb. Bundan sonra Lovato İnstaqram hesabında bişirib yediyi hind quşunun fotosunu paylaşıb. Onun bu hərəkətinə sosial media istifadəçiləri səssiz qalmayıb. Onlar ifaçını tənqid atəşinə tutublar və onun bu hərəkətini ağılsızlıq adlandırıblar.