Rita Ora karantin qaydalarını pozdu

Rita Ora karantin qaydalarını pozdu
387 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Rita Ora ölkədə tətbiq olunan karantin qaydalarını pozub.

Axşam.az xarici KİV-ə istinadən bildirir ki, sadəcə onlayn restoranların fəaliyyətinə icazə verildiyi halda Rita özünə ad günü keçirib.

Londonda məkanlardan birində baş tutan qonaqlığa Ora bacısı ilə yanaşı 30-a yaxın tanınmış ifaçını da dəvət edib. Verilən məlumatlara görə dəvətə gələnlər diqqət çəkməmək üçün məkana arxa qapıdan daxil olublar.

Sözügedən qonaqlıq haqqında polisə xəbər verilib. Restorana gələn polis əməkdaşlarını işçilər içəri buraxmayıb. Karantin qaydalarını pozduğuna görə müğənni 10 min funt-sterlinq dəyərində cərimələnib.