“Toy üçün tələsmirik”

“Toy üçün tələsmirik”
1277 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünyaca məşhur müğənni Cennifer Lopez şəxsi həyatı haqqında açıqlama verib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, o, 3 ildir birlikdə yaşadığı nişanlısı Aleks Rodriqezlə toy tarixini ertələdiyini bildirib. Apreldə evlənmək istəyən cütlük pandemiya səbəbi ilə toylarını təxirə salmalı olub.

Bu haqda müsahibə verən Cennifer belə deyib:

“Biz də hamı kimi koronavirus pandemiyasının bitməsini gözləyirik. Görək necə olacaq. Tələsmirik. Hazırda həyatımızda hər şey yolundadır. Zamanı gələndə evlənəcəyik”.