İlon Mask artıq dünyanın ən varlı adamı deyil

İlon Mask artıq dünyanın ən varlı adamı deyil
538 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir müddət əvvəl "SpaceX" və "Tesla" şirkətlərinin qurucusu İlon Mask dünyanın ən varlı insanları sırasında birinci olmuşdu.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda Mask liderliyi əldən verib. Belə ki, "Amazon" şirkətinin rəhbəri Ceff Bezos taxtdakı yerini yenidən bərpa edərək, dünyanın ən varlı adamları siyahısında ilk yerdə qərarlaşıb.

Onun sərvəti 181.9 milyard dollar dəyərindədir. İlon Mask isə hazırda 175,7 milyard dollar dəyərində sərvətə sahibdir.

Qeyd edək ki, İlon Mask yanvarın 8-də "Dünyanın ən varlı adamı" elan edilmişdi. Həmin vaxt onun sərvəti 9 milyard dollar artmış və 186,5 milyard dollara çatmışdı. Bezosun sərvəti isə 185,1 milyard dollar idi.