Ən səxavətli milyarderlər onlardır - Siyahı

Ən səxavətli milyarderlər onlardır - Siyahı
1176 dəfə oxunub
  • A-
  • A
  • A+
“Forbes” jurnalı indiyə qədər ən çox ianə verən milyarderlərin siyahısını hazırlayıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, reytinqdə ilk sırada ən səxavətli milyarder titulunu mediamaqnat Uorren Baffet qazanıb. O, xeyriyyə təşkilatlarına 42,8 milyard dollar ianə edib. Baffetin ümumi 88,8 milyard dollar sərvəti var.

İkinci yerdə isə Bill və Melinda Qeyts cütlüyü qərarlaşıb. Onlar xeyriyyə üçün 29,8 milyard dollar pul bağışlayıblar.

Milyarder Corc Soros reytinqdə üçüncü yeri tutub. O, xeyriyyə üçün 16,6 milyard dollar bağışlayıb. Sorosun hazırda 8,6 milyard sərvəti var.

Nyu-Yorkun sabiq meri Maykl Blumberq reytinqin dördüncü pilləsində qərarlaşıb. Hazırda 54,9 milyard dollar sərvəti olan Blumberq iqlim dəyişikliyi və ictimai səhiyyə ilə bağlı 11,1 milyard dollar ianə edib.

“Amazon” şirkətinin təsisçisi Ceff Bezosun keçmiş həyat yoldaşı Makkenzi Skott isə gender və iqtisadi qeyri-bərabərlik ilə mübarizə aparan təşkilatlara 5,83 milyard dollar bağışlayıb.

"Facebook"un qurucusu Mark Zukerberq və Prisçilla Çan cütlüyü elm, təhsil, ədalətli seçki və ədalət uğrunda mübarizə aparan təşkilatlara 2,7 milyard dollar pul bağışlayıb. Onların hazırda 90 milyard dollar sərvəti var.

Ümumilikdə milyarderlər xeyriyyəçilik üçün 149 milyard dollar bağışlayıblar. Onların ümumi sərvəti isə 799 milyard dollardır.