"Mənə dediyi sözlərlə özünü gözdən salır"

"Mənə dediyi sözlərlə özünü gözdən salır"
1007 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktrisa Merve Boluğurla müğənni Işın Karaca arasında qalmaqal bitmir.

Axşam.az türk mediasına istinadən bildirir ki, Işının müğənniliyə başlayan Merveye söz atması başına bəla olub.

Belə ki, Karaca Boluğurun fotosunu paylaşaraq “bu sənətdə bircə sən çatışmırdın gözəl qız” sözlərini yazıb. Merve isə Işının onu arıq olduğu üçün qısqandığını deyib. Hər iki tərəf arasında qalmaqal bundan sonra başlayıb.

Işın Boluğurun bu sözlərindən əsəbiləşərək ona belə cavab verib:
“Bu qız artıq mənim əsəbimlə oynayır. Ona ağıl verən yoxdur? Mənə dediyi sözlərlə özünü gözdən salır. İllərdir Türkiyə səhnəsində olan müğənninin tək dərdi sənin arıq olmağındır? Gərək mənə eşitmədiyim möhtəşəm səsinlə cavab verərdin”.