Məşhur diktor Xalidə Gözəlin ailəsi ilə bağlı qalmaqal bitmək bilmir.

Axşam.az xəbər verir ki, bu dəfə "Elgizlə izlə" proqramına diktorun qızı Aytən qatılıb. O, qardaşının övladını qəbul etdiyini bildirib:

"Davud qardaşımın uşaqlığının eynisidir. Onun qardaşımın balası olduğunu bilirəm. Anamın acığına gəlsə də, gəlməsə də uşağı qəbul edirəm. Bütün Azərbaycan bilir ki, qardaşım evli olub. Bunu anam qəbul etməyə bilər. Onu da başa düşürəm. Anam da istəyir oğlu üçün xonça bəzəsin".

Elgiz bildirib ki, X.Gözəlin oğlu onunla əlaqə saxlayıb və "Bütün Azərbaycan bilsin ki, Davud mənim balamdır, onu çox istəyirəm" sözlərini deyib.

Qeyd edək ki, X.Gözəlin gəlini proqrama qatılaraq diktorun onu və nəvəsini qəbul etmədiyini söyləyib.



                 

Xəbər lenti