Emin məşhur şouya Elvis Presli obrazında qatıldı

Emin məşhur şouya Elvis Presli obrazında qatıldı
1123 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Emin Ağalarov Rusiyanın birinci kanalında yayımlanan "Точь-в-точь" şousunun qonağı olub.

Axşam.az xəbər verir ki, müğənni əfsanəvi musiqiçi Elvis Preslinin obrazını yaradıb və "My way" mahnısını oxuyub.

"Uzun müddətdir etdiyim ən həyəcanlı və çətin çıxışım idi. Birinci kanala bu dəvəti və yaratdığı imkan üçün təşəkkür edirəm. Kumirimin obrazında çıxış etdim. Şounun yaradıcı heyətinə isə demək istəyirəm ki, etdiyiniz iş möhtəşəmdir" deyə, Emin bildirib.