İlk dəfə heyvanlara Covid-19 peyvəndi vuruldu

İlk dəfə heyvanlara Covid-19 peyvəndi vuruldu
259 dəfə oxunub
  • A-
  • A
  • A+
ABŞ-ın Kaliforniya ştatında bir neçə heyvan Covid-19-a qarşı peyvənd olunub.

Axşam.az xarici KİV-ə istinadən bildirir ki, dünyada ilk dəfə yaşanan hadisə San-Dieqonun Zoo Safari Parkında baş verib. Bir neçə oranqutan və şimpanze koronavirusa qarşı vaksinasiya ediliblər.

Yanvarda sözügedən zooparkda 8 qorillanın test nəticələri müsbət çıxması, əlaqədar qurumları hərəkətə gətirib.
Yoluxan heyvanların hazırda səhhəti yaxşıdır. Baytarlar bundan sonra da peyvəndləmənin davam edəcəyini açıqlayıb.