“Karyerama Van Damm kimi davam edəcəm”- Zabit Səmədov

“Karyerama Van Damm kimi davam edəcəm”- Zabit Səmədov
1927 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin “ATV” kanalında yayımlanan “Kuruluş Osman” da çəkilən idmançı Zabit Səmədov maraqlı açıqlaması ilə diqqət çəkib.

Axşam.az Türkiyə KİV-nə istinadən bildirir ki,  “Youtube” kanallarından birinə qonaq olan Zabit,  karyerası ilə bağlı vacib məqama toxunub.

O, bundan sonra məşhur aktyor Jan-Klod Van Damm kimi ekran işlərinə çəkiləcəyini bildirib:

“Canlandırdığım obrazda bir çox döyüş texnikasından istifadə edirəm. Hətta bura qılıncoynatma da daxildir. Qarşıda bəzi yarışlarım olacaq. Bir iki dəfə də yarışıb artıq idman sahəsindən ayrılacam. Hazırda 37 yaşım var. Mən də karyeramı aktyor Jan-Klod Van Damm kimi serial və kinolarda davam etdirəcəyəm”.