Hazırda ən güclü külək Abşeron və Bakıda əsir - Faktiki hava

Hazırda ən güclü külək Abşeron və Bakıda əsir - Faktiki hava
1374 dəfə oxunub
  • A-
  • A
  • A+

Milli Hidrometeorologiya Xidməti saat 13:00-a olan son hava haqqında məlumatı açıqlayıb.

Axşam.az xəbər verir ki, qurumun məlumatına əsasən, səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib.

Güclü şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Tərtərdə 25 m/s, Naftalanda 23 m/s, Nabran, Quba, Neftçala, Xaçmazda 20 m/s, Balakəndə 18 m/s, Ağdamda 16 m/s, Şəkidə 15 m/s, Abşeron yarımadası və Bakıda 35 m/s, Sumqayıt,  Maştağada 30 m/s, Neft Daşlarında 29 m/s, Pirallahıda 28 m/s, Qum adasında 27 m/s, Ələt, Binədə 24 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.8 metrə çatıb.