Aşiq olmaq kökəldir

Aşiq olmaq kökəldir
791 dəfə oxunub
  • A-
  • A
  • A+

İngilislərə məxsus pəhriz portalı "Forzadiet.Com"un 1000 cütlük üzərində apardığı araşdırmaya görə aşiq olmaq çəkini artırır.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, sevgili cütlüklər hər ilə təxminən 2 kilo kökəlirlər. Çəkinin artma mərhələsi, əsasən bal ayından sonra başlayır. Bal ayında çəkisi artanların sayı18 faiz təşkil edir.

Araşdırmaya görə, cütlüklərin 62 faizi bir-birlərinin vərdişinə alışır və birlikdə çəki alırlar. İlin ən çox çəki artıran dövrü Yeni ilə təsadüf edir. 3 ildən sonra bu proses daha da sürətlənir.

Araşdırmanın digər bir nəticəsinə görə isə, birlikdə çəki alan cütlüklərin 56 faizi birlikdə pəhrizə başlayarsa, sürətli şəkildə çəki ata bilərlər.