Türkiyədə günlük yoluxma sayı 60 minə çatır

Türkiyədə günlük yoluxma sayı 60 minə çatır
308 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 273 nəfər ölüb.

Axşam.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 59 187 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün 52 104 nəfər sağalıb, ağır xəstə sayı isə 2 723 olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 3 962 760 COVID-19 xəstəsi qeydə alınıb, onlardan 3 424 733 nəfər sağalıb, 34 455 nəfər isə ölüb.