“Nəbinin heç bir xəstəliyi yox idi, müalicəsi gec başladı”

“Nəbinin heç bir xəstəliyi yox idi, müalicəsi gec başladı”
4891 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, qarmon ifaçısı Nəbi Məmmədov dünən 32 yaşında vəfat edib.

Axşam.az-ın məlumatına görə, koronavirus infeksiyasına yoluxan musiqiçi bu gün Şirvan şəhərində dəfn edilib. Onun dəfn mərasiminə musiqiçi dostları da qatılıblar.

Mərhumun yaxın dostlarından biri, klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu Axşam.az-a açıqlamasında bildirib ki, Nəbinin heç bir xəstəliyi olmayıb:

“Virusa yoluxduqdan sonra xəstəxanaya gec getdi. Müalicəsi də gec başlanıldı. Ciyərlərinin 80 faizi buzlaşmışdı. Onunla birlikdə atası və anası da koronavirusa yoluxmuşdu. Onların müalicəsi davam edir. Hər ikisinin vəziyyəti yaxşılaşıb. Ağır günləri geridə qoyublar".

Qeyd edək ki, N.Məmmədov iki oğul atası olub. Onun ikinci övladı xəstəxanada olan ərəfədə doğulub. Musiqiçi Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin modul tipli hospitalına yerləşdirilmişdi.