Sibel Canın 4 ildir gizlətdiyi sevgisi ortaya çıxdı - Foto

Sibel Canın 4 ildir gizlətdiyi sevgisi ortaya çıxdı - Foto
4326 dəfə oxunub
  • A-
  • A
  • A+

İkinci həyat yoldaşı Sulhi Aksütdən boşandıqdan sonra özəl həyatını gizli saxlamağa çalışan müğənni Sibel Canın bu istəyi qısa sürüb.

Axşam.az xəbər verir ki, paparassilər ifaçını Şişli keçmiş bələdiyyə sədri Mustafa Sarıgülün oğlu Emir Sarıgüllə görüntüləyiblər.

"Altınbaş Holding"in varisi Fatoş Sarıgüllə Sibelə görə ayrılan iş adamı tətil üçün yaxtanı seçib. Sibel Can ilə Emirin 4 ildir gizli yaşadığı eşqin fotoları ortaya çıxıb.

Emir bundan əvvəl çıxan xəbərlərdə iddialı rədd etmiş, onunla heç bir münasibəti olmadığını söyləmişdi. Sarıgül və Can birlikdə Ege dənizində dincəlir.