Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə koronavirusla bağlı son vəziyyət
384 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 91 nəfər ölüb.

Axşam.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 5 647 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün 6 576 nəfər sağalıb, ağır xəstə sayı isə 1 060 olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 5 293 627 COVID-19 xəstəsi qeydə alınıb, onlardan 5 167 350 nəfər sağalıb, 48 255 nəfər isə ölüb.