Hollivud ulduzu Ancelina Coli və məşhur reper "The Weeknd"in sevgili olması ilə bağlı daha bir sübut ortaya çıxıb.
Axşam.az xəbər verir ki, 46 yaşlı aktrisa və 31 yaşlı musiqiçi kanadalı müğənni Mustafanın Los-Ancelesdəki konsertinə qatılıb.
Coli tədbirə qızları Zaxar və şaylo, "The Weeknd" isə dostları ilə gəlib. Tanınmışlar birlikdə görüntülənməmək üçün bir-birindən aralı məsafədə oturublar.
Qeyd edək ki, aktrisa və reper ötən ay Los-Ancelesdə restoranlardan birində birlikdə görüntülənmişdi. Onlar dost olduqlarını iddia etsələr də, səmimi münasibətləri diqqətdən qaçmayıb.

