Məşhur aktrisa "Disney"i məhkəməyə verdi

Məşhur aktrisa "Disney"i məhkəməyə verdi
486 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur aktrisa Skarlett Yohansson Disneyi məhkəməyə verib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, aktrisa "Black Widow" filmi üçün şirkətlə bağladığı müqavilənin şərtlərinə əməl edilmədiyini bildirib.

O, razılaşmanın pozularaq filmin eyni vaxtda həm "Disney+", həm də kinoteatrlarda yayımlanmasından narazıdır. Buna səbəb ekran işinin eyni vaxtda bu cür təqdim olunması filmdən əldə olunacaq gəlirə təsir etməsidir.

"The Wall Street" nəşrinin verdiyi məlumata görə, aktrisa bu qayda pozuntusuna görə, 50 milyon dollar gəlir itirə bilər.