Kompüterdən yorulan gözlərinizi sakitləşdirin

Kompüterdən yorulan gözlərinizi sakitləşdirin
931 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün hər addımda işləməkdən gözləri qızarmış çalışqanlara rast gəlmək olar. Bundan qaçmaq üçün hər gün bir neçə dəfə monitor arxasındakı fəaliyyətinizi,  yaxud, sənədlərlə əlaqədar olan işi sadə məşqlər etməklə dayandırın.  Göz üçün gimnastikanı düzgün yerinə yetirməklə, biz, nəinki əzələləri məşq etdirir,  həmçinin, dolayısı ilə bütövlükdə orqanizmi işləməyə sövq edirik. 

Axşam.az saytı Rusiya mətbuatına istinadən göz yorğunluğunu aradan qaldıracaq 10 əsas qaydanı təqdim edir:
 
1. «Kəpənək». Kirpiklərinizi tez-tez bir-birinə vurun, yəni, gözlərinizi qırpın. Məlumdur ki, monitor qarşısında gözlər tənbəlləşir və az qırpılır, bu isə görmə qabiliyyətinə zərər yetirir.
 
2. «Yuxarı-aşağı». Başınızı dik tutun. Düz qarşınıza baxın. Ağır-ağır nəzərinizi tavana qaldırın, bir-iki saniyə ləngidin, sonra döşəməyə baxın və yenə də ləngidin. Çalışmanın yerinə yetirilməsi zamanı başınız hərəkətsiz olmalıdır.

3. «Kəfkir». Başınızı dik tutun. Düz qarşınıza baxın. Əvvəlcə sola, sonra ağır-ağır nəzərinizi sağa yönəldin. Başınız hərəkətsiz olmalı, yalnız gözləriniz işləməlidir. Çalışmanın yerinə yetirilməsi zamanı göz almacıqları əzələlərinin vəziyyətinə diqqət yetirin, gərginliyə yol verməyin!  

4. «Səkkiz». Başınızı dik tutun. Düz qarşınıza baxın. Təsəvvürünüzdə maksimal ölçüdə üz nahiyəniz  hüdudlarında  üfüqi səkkiz rəqəmini (yaxud, sonsuzluq işarəsi) canlandırın və onu süzgün şəkildə  gözləriniz ilə təsvir edin.   Hərəkəti bir neçə dəfə bir, sonra isə o biri tərəfə təkrar edin. Sonra tez-tez gözlərinizi qırpın.
 
5. «Siferblat». Gözləriniz önündə qızılı rəngli böyük siferblat təsəvvür edin (alimlər hesab edir ki, məhz bu rəng görmə qabiliyyətinin bərpasına kömək edir).  Başınızı hərəkətsiz saxlayaraq, göz almacıqları ilə dairəvi hərəkətlər yerinə yetirin. 

6. «Karandaş». Karandaşı irəli uzanmış  sağ əlinizə götürərək, gözlərin səviyyəsinə qaldırın. Karandaşın ucuna baxaraq, əlinizi aramla sağa, sonra isə sola aparın. Bu zaman başınızı tərpətmədən,  əşyanı gözləriniz ilə izləyin.

7. «Gözəl  uzaqlıq». Pəncərəyə yaxınlaşaraq, uzaqlara baxın, sonra isə nəzərinizi burnunuzun ucuna yönəldin – bu, göz əzələsini məşq etdirir. Hərəkəti bir neçə dəfə təkrar edin.
 
8. «Geniş bağlanmış gözlər ilə». Gözlərinizi yumaraq, xəyali dairə, sonra üfüqi səkkiz rəqəmi, sonra isə xaç təsvir edin.
 
9. «Gözübağlıca». Bir neçə dəfə gözlərinizi sıxaraq, bərk bağlayın, sonra sadəcə yumun və 20-30 saniyə əyləşin. 
 
10. «Masaj». Qulaqlarda bu və ya digər orqana təsir edə bilən böyük sayda nöqtələr mövcuddur. Belə ki, mərcəyi stimulyasiya etməklə, dolayısı ilə görmə qabiliyyətinə təsir edirik.

Gözlərin iltihablaşması və yorğunluğu səbəbləri arasında yalnız sənədlərlə, yaxud, kompüter arxasında aparılan iş deyil, həmçinin kosmetik vasitələr, siqaret tüstüsü, zəif, yaxud, güclü işıqlandırma, şüalanma, əlvan boyalar da ola bilər.  Görmə qabiliyyətinin bərpası üçün gözlərə dinclik, istirahət lazımdır.
 
Gözlərin iltihablaşması və yorğunluğunu aradan qaldırmaq üçün əlaltı vasitələrdən istifadə edin: gözaltı dəri üzərinə buz parçaları, yaxud, soyuq su ilə isladılmış dəsmal qoyun; göz qapaqlarını təzə xiyar şirəsi ilə isladın; gözlərin üzərinə çobanyastığı, yaxud, adi çaydan hazırlanmış kompres edin; növbə ilə sürvə cövhəri ilə isladılmış soyuq və isti pambıq tamponları qoyun   (1 ç.q. yarım stəkan qaynar suya), sadəcə doyunca yuxu alın.