Qədim dövrlərdən bu günə kimi gələn gözəllik sirləri

Qədim dövrlərdən bu günə kimi gələn gözəllik sirləri
1676 dəfə oxunub
  • A-
  • A
  • A+

Qadınların üz dərilərinə qulluq etməsi təkcə müasir dövrdə yox, ta qədim zamanlarda da olub. Həmin vaxtlar da xanımlar müxtəliv tərəvəzlərlə dərilərinə qulluq ediblər.

Axşam.az xarici KİV-ə istinadən qədimdə xanımların necə üzlərinə qulluq etdiyini təqdim edir:

Gül suyu ən çox üstünlük verilən vasitə olub. Onunla üzü silmək dərini nəmləndirir, təravətləndirir və botoks effekti verir. Qədim misirdə qadınlar bu üsuldan çox istifadə edib.

Zəfəran yağı dərini parıldadır. Onu dəriyə sürtmək bir çox problemi aradan qaldıracaq.

Nanə də dəri üçün önəmli vasitələrdən biridir. Çində qadınlar dərilərini parıldatmaq üçün nanəni əzib üzlərinə maska kimi qoyublar.

Bal dərini nəmləndirmək üçün istifadə edilib. Eyni zamanda saçları yumşaltmaq üçün də istifadə edilir.

Hind qozu yağı dəridəki problemləri, səpkiləri aradan qaldırır. Dərini cavanlaşdırır və nəmləndirir.