"Mu variantı"nın göstəriciləri nələrdir?

"Mu variantı"nın göstəriciləri nələrdir?
1774 dəfə oxunub
  • A-
  • A
  • A+

Koronavirus infeksiyası bütün dünyada sürətlə yayıldığı halda yeni variantları da yaranır. Bu dəfə Covid-19-un "Mu variantı" ortaya çıxıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, "Mu variantı" da digərlərindən çox az fərqlənir.

Vaksinə dözümlü hala gətirilən mutasiyaya uğramış "Mu variantı"nın göstəriciləri də digərləri kimidir. Nəfəs çatışmazlığı, boğulma, boğaz ağrısı, iştahsızlıq, ürəkbulanma Mu-nun göstəriciləridir.

Xəsətlik zamanı sümük ağrıları güclü olur. Bu zaman yediyinizi qaytarır, su belə içmək istəmirsiniz.

İlk olaraq Kolumbiyada aşkarlanan "Mu"ya daha sonra Cənubi Afrika və bir neçə Avropa ölkələrində rast gəlinib. Alimlər yeni variant üzərində araşdırmalara başlayıblar. "Mu" ilə bağlı hələ alimlərə çox şey məlum deyil.