Cilddəki ləkələri aradan qaldıran vasitələr

Cilddəki ləkələri aradan qaldıran vasitələr
1479 dəfə oxunub
  • A-
  • A
  • A+

Cilddə müxtəlif səbəblərdən - günəş şüalarından, hormonal dəyişikliklərdən, hamiləlikdən sonra ləkələr yarana bilər.

Axşam.az ev şəraitində bu problemə son qoya biləcək təbii vasitələri təqdim edir.

1. Qırmızı soğan

Qırmızı soğan ağardıcı tərkibi ilə ləkələrin əmələ gəlməsinə səbəb olan hüceyrələrin hərəkətlərini maneə törədir. Bunun üçün qırmızı soğanı mümkün qədər kiçik kvadrat şəklində doğrayıb boş bir çay paketinin içinə qoyun. Ləkələr olan bölgəyə çəkib 10 dəqiqə gözləyin, daha sonra durulayın.

2. Qatıq və süd

İllərdir dəri problemlərində istifadə olunan bu iki qida cilddəki problemləri aradan qaldırmaqla yanaşı daha yumşaq olmasına yardımçı olur. Qatıq və südü birbaşa problemli bölgəyə çəkin. Bir neçə dəqiqədən sonra yuya bilərsiniz. Bu proseduru səhər və yatmazdan əvvəl gündə 2 dəfə təkrarlayın.

3. Tut yarpaqları və ya tut ekstraktları

Qurudulmuş tut yarpaqlarını isladıb hər gün ləkə olan bölgəyə qoyun. Müalicəyə davam etdikcə nəticənin necə dəyişdiyini görəcəksiniz.

4. Aloe vera

Aloe veranın tərkib hissəsi dəridə parçalanan hüceyrələri bərpa edərək daha hamar cildə sahib olmağınıza yardım edəcəkdir. Bitkinin özündən və ya tərkibində aloe vera olan kremlərdən istifadə edə bilərsiniz.

5. Alma sirkəsi

Cildi daha parlaq görüntü bəxş edən alma sirkəsi onu ləkələrdən təmizləməyə də yardımçı olur. Eyni zamanda hüceyrələri qoruyan təbii antioksiddir.

Ancaq başqa dəri probleminiz varsa, alma sirkəsi istifadə edərkən diqqətli olun. Alma sirkəsini mütləq su ilə qarışdırıb dərinizə tətbiq edin. Ləkənin dərəcəsi çoxdursa, 2-3 dəqiqə gözləyin, daha sonra ilıq su ilə yuyun.