Saç və üz üçün avokado maskası

Saç və üz üçün avokado maskası
1261 dəfə oxunub
  • A-
  • A
  • A+

Son illər ev şəraitində hazırlanan maskalara daha çox üstünlük verilir.

Axşam.az avokado ilə əllərə, üzə və saçlara qulluq edə biləcəyiniz sadə maska reseptini və istifadə qaydasını təqdim edir.

Avokadonı yeyərkən və ya hər hansı bir məqsədlə istifadə edərkən 1 xörək qaşığı qədər hissəsini ayırın. Üzərinə bir çay qaşığı zeytun yağı əlavə edib püre halına gətirin. Qarışıma 1 damcı qızılgül yağı və ya adaçayı yağı əlavə edə bilərsiniz. Əllərinizlə qarışdırmağınız tövsiyə olunur. Bu zaman dırnaqlarınız da maskanın təsirindən yararlanmış olacaq.

Göz ətrafı xaricində üzünüzə masaj edərək maskanı çəkin. Masaj etmək həm də qan dövranını sürətləndirəcəkdir. Maskanı dərinizdə 15-20 dəqiqə saxlayın.

Maskanın qalan hissəsini saç köklərinə çəkin. Daha sonra üzünüzü ilıq su, saçlarınızı isə soyuq su ilə yuyun.

Həddindən artıq yağlı dərilər üçün avokado tövsiyə edilmir. Sızanaqlar dərinin altında bakteriyaların olmasına işarədir. Bu prosedur həmin bakteriyaları hərəkətə gətirəcək və başqa bir yerə keçməsinə səbəb olacaqdır.