21 günlük məşq proqramı

21 günlük məşq proqramı
864 dəfə oxunub
  • A-
  • A
  • A+
Məqsədlərinə nail olan insanlar bu uğura aparan yolda ardıcıllığı və davamlılığı saxlaya bildikləri üçün istəklərinə çatırlar. İşdə daha yaxşı yerə gələ bilmək, xarici dil öyrənmək, yaxşı yemək bişirə bilmək və s. buna misaldır. Pəhrizə başlamaq da eynən bu cürdür. Nə qədər ağır iş günü keçirməyinizdən asılı olmayaraq proqrama riayət etməlisiniz.

Axşam.az xəbər verir ki, hər hansı proqrama davamlı riayət etmək üçün 21 gün kifayət edir. 21 günlük hədəflə istədiyiniz hər şeyə nail ola biləcəyiniz vərdişlər üçün gündəlik qurun. İdman və qida rasionunuzu müəyyən edin. Hər gün müəyyən bir vaxtı (15-30-40 dəqiqə) idman hərəkətlərinə ayırın. Lakin bu, 21 gün ərzində istədiyiniz bədən ölçüsünə sahib ola biləcəyiniz mənasını vermir. Bu müddət sizi davamlı şəkildə pəhriz proqramına öyrəşdirərək sistemli vərdiş yaradacaq. 

Bu gündən başlayaraq 21 gün ərzində bu məşqləri edə bilərsiniz:

1. Kürəyiniz üstə uzanın və ayaqlarınızı yuxarı qaldırın. İki əlinizi ayaqlarınızın arxasında birləşdirməyə çalışın və təkrar ayaqlarınızı uzadın.

2. Ayaqlarınızı 90 dərəcə yuxarı qaldırın. Əllərinizi belinizin altına qoyun və daha da yuxarı itələyin.

3. Düz əyləşib sağ ayağınızı sağa və sol ayağınızı sol tərəfə 45 dərəcə çəkin. Yan tərəflərə doğru uzanıb yenidən eyni vəziyyəti alın.

4. Yenə oturub ayaqlarınızı dizdən bükün. Kürəyinizi düz tutaraq geriyə doğru uzanın. Bu şəkildə yan tərəflərə doğru əyilərək qarın əzələlərini hərəkətə gətirin.

5. Üzü üstə belinizi düz tutaraq ayaq və qarın bölgənizi sağa və sola çevirin.