Bu sözləri Axşam.az-a açıqlamasında Əməkdar artist Tünzalə Əliyeva deyib. Xərçəngdən əziyyət çəkən aktrisa hazırda müalicələrinin davam etdiyini söyləyib.
"Toppuş bacı" bildirib ki, yeni mövsümdə ARB TV ilə işbirliyini davam etdirəcək:
"Aparıcılığım davam edəcək, ya yox bilmirəm. Amma "Baldız" serialında rol alıram. bir də Dilarə Əliyevanın "Söhbət var" proqramında çıxış edirəm. İndi məzuniyyətdəyəm, oktyabrın 1-də işə çıxacam".
Bir vaxtlar xına evi açıb, özünə biznes quran Tünzalə bu işinin bağlandığını açıqlayıb:
"Xəstələnəndən sonra heç kim məni toya çağırmadı. Üç ildə cəmi iki-üç dəfə xınaya dəvət almışam. Xına evimi qəsdən bağlamadım, heç yerə çağrılmadım deyə bitdi. Layiq bilərlərsə, yenidən dəvət edərlər və işimi quraram".