Ayaq qoxusunu bu vasitə ilə yox edin

Ayaq qoxusunu bu vasitə ilə yox edin
1071 dəfə oxunub
  • A-
  • A
  • A+

Yayda nə qədər rahat, açıq ayaqqabı geyiniriksə, soyuq havalarda bir o qədər isti çəkmələrə üstünlük veririk. Hətta ayaqları üşüməsin deyə qalın corabdan istifadə edənlər də az deyil. Bu isə ayağın tərləməsinə, xoşagəlməz qoxunun yaranmasına gətirib çıxarır.

Axşam.az xəbər verir ki, bu, narahatedici vəziyyəti aradan qaldırmaq heç də çətin deyil. Hər gün geyilən ayaqqabı, nəm corab göbələk yaradan vasitələr arasında ilk sıradadır.

Ən əsası ayağınızı tez-tez yuyun, yaxşı qurutduqdan sonra ayaqqabınızı geyinin. Əgər ayağınız tez-tez tərləyirsə, corbanızı gündə bir neçə dəfə dəyişin.

Bəzən keyfiyyətsiz material da ayaqqabının tərləməsinə, iy verməsinə təbəb olur. Bu cür ayaqqabıları almayın.

Ən çox pambıq corablardan istifadə edin. Onlar ayağı quru saxlayır.

Topukda olan ölü dəri də ayaqda iy əmələ gətirir. Çalışın topuğunuzu sürtüb, ölü dərini təmizləyəsiniz.

Hər gün ayağınızı sodalı su ilə yuyun. Bu, ayağınızdakı bütün bakteriyaları öldürəcək.

Ayaqda iylənməyə kömək edən vasitələrdən biri də lavanta yağıdır. Ayağınıza vanna qəbul etdikdən sonra çəkə bilərsiniz.

Dəmlənmiş çay da ayaq qoxusuna xeyirdir. Çimdikdən və ya ayağınızı yuduqdan sonra çayla yaxalayın.