Övladını birinci sinfə yola salan məşhurlar - Fotolar

Övladını birinci sinfə yola salan məşhurlar - Fotolar
7662 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gündən Azərbaycanda yeni tədris ili başlayır. Pandemiya ilə əlaqədar olan uzun fasilədən sonra balacalar məktəbə yollanıb. Onlar arasında tanınmışların da övladları yer alıb.

Axşam.az bu gün övladını birinci sinfə yola salan məşhurları təqdim edir:

Aparıcı Elgiz Əkbərin qızı Lalə bu gün birinci sinfə gedənlər arasında olub. Elgiz "Məktəbə gedən bütün balaları təbrik edirəm. Allah bütün valideynlərin üzünü övladları sarıdan güldürsün. Balaca Lalə də bu gün məktəbə gedir, çox sevincliyəm" deyə, bildirib.

Müğənni Elvin Abdullayevin oğlu Tuncay birinci sinfə yollanıb. "Dəyərli balam, məktəbə ilk addımların mübarək. Sevinirəm ki, özüm oxuduğum məktəbə sən də gedəcəksən" deyə, Elvin bildirib.

Müğənni Lətifə Soyuözün oğlu Arif də bu gün birinci sinfə yollanıb. Sənətçi övladını məktəbə apararkən çəkilən fotolarını sosial şəbəkədə yayımlayıb.

 

Aşıq Zülfiyyənin nəvəsi Renat da bu il ilk dəfə məktəbə gedir. Onun şəkillərini aşığın müğənni oğlu Babək paylaşıb.

Müğənni Emma Ələkbərzadənin oğlu David bu ilin birinciləri sırasında yer alıb.

Aktyor İlkin Misgərli bu il qızı Zeynəbi birinci sinfə yola salıb. O, birlikdə fotolarını paylaşaraq "Canım Zeynəbim, ilk dərs günün mübarək. Bütün birinciləri təbrik edirəm" sözlərini yazıb.

Aparıcı Emin Musəvinin qızı Zemfira da birinci sinfə yollanıb. "İlk dərs günü münasibətilə 1-ci sinif şagirdlərini, məktəbə gedən uşaqlarımızı ürəkdən təbrik edirəm. Qızım Zemfira evə istəyir..." deyə, Musəvi paylaşımına qeyd edib.

Aparıcı Aytən Səfərova oğlu Raulu ilk dəfə məktəbə yola salıb. "Zehnin açıq, uğurların bol olsun, Raul balam. Məktəbə yeni qədəm qoyursan, artıq birinci sinfə gedirsən. Vətən üçün oxu, təhsil al, vətənə layiqli xidmət et" deyə, aparıcı övladının fotolarına qeyd edib.