Ədviyatlı çayla soyuqdəymədən qorunun

Ədviyatlı çayla soyuqdəymədən qorunun
1136 dəfə oxunub
  • A-
  • A
  • A+

Havaların soyuduğu ərəfədə qrip ən çox rast gəlinən xəstəlikdir. Bunun üçün də orqanizmi sağlam tutmağa, virusdan qorunmağa çalışmaq lazımdır. Ədviyyatlar güclü mikrob, virus və iltihab əleyhinə təsirə malikdir.

Axşam.az xəbər verir ki, soyuqdəymə zamanı ədviyyatlardan istifadə nəfəs yollarını selikdən və mikroblardan təmizləyir, boğaz ağrısını azaldır, xəstənin vəziyyətini yüngülləşdirir, sağalmanı tezləşdirir.

Soyuqdəymə zamanı belə faydalı ədviyyatlı içki hazırlaya bilərsiniz. Kiçik termosa 1/2 ç.q. sarıkök, 1/2 ç.q. darçın, sürtgəcdən keçirilmiş zəncəfil kökü (3-4 sm uzunluqda), üzərinə yarım l isti su tökün, 1 saat termosda dəmləyin. Sonra dəmləməni yaxşı süzün və gün ərzində bir neçə dəfə yarım stəkan olmaqla ilıq halda için. Qəbul etdikdən əvvəl dəmləməyə bal və limon əlavə edin.