Dilarə “Eurovision” mahnısını türkcə oxudu - audio
“Eurovision 2014” təmsilçimiz Dilarə Kazımova müsabiqə üçün hazırladığı “Start a Fire” mahnısını bu dəfə türkcə səsləndirib.
Axşam.az-ın məlumatına görə, təmsilçimizin bu ifası da maraqla qarşılanıb.
Qeyd edək ki, Dilarə bəstəni bundan əvvəl Azərbaycan dilində də oxumuşdu.
“Eurovision”un birinci yarımfinalı mayın 6-da, ikincisi 8-də, finalı isə 10-da baş tutacaq.