Məşhurlar da gözəllik üçün bundan istifadə edir

Məşhurlar da gözəllik üçün bundan istifadə edir
1144 dəfə oxunub
  • A-
  • A
  • A+

Bəzən heç ağlımıza gətirmədiyimiz qidaların dəri üçün çox önəmli bir xüsusiyyəti olduğunu bilmirik. Bunlardan biri də kakao yağıdır.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, kakao yağı üz dərisini hamarlaşdıran ən yaxşı vasitələrdən biridir. Tərkibi antioksigenlə zəngindir. Üz dərisinin elastikliyini artırır. Gecə yatmazdan əvvəl üzə çəkməyiniz məsləhətdir.

Kakao yağı həm də sizi stressdən qoruyacaq. Yuxusuzluğu aradan qaldırır.

Müğənnilər Keti Perri, Niki Minaj, Leyton Mister və başqaları gözəl dərinin sirrini kakao yağında görürlər. Şokolad ətri verən bu vasitə quru dərini nəmləndirir və rahatlaşdırır. Bundan əlavə o, üzün daha hamar görünüşə sahib olmasına və ölmüş hüceyrələrin bərpasına kömək edir.