Azərbaycanda dövlət məmuru seriala çəkilib - video

Azərbaycanda dövlət məmuru seriala çəkilib - video
1550 dəfə oxunub
  • A-
  • A
  • A+

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov teleseriala çəkilib.

 Axşam.az-ın AzVision.az-a  istinadən xəbərinə görə, bu barədə mətbuat katibi özü məlumat verib.

N.Əzməmmədov bildirib ki, hazırda ATV telekanalında yayımlanan “Sonuncu fəsil” serialında, Mamed obrazında çəkilir: “Filmin rejissoru Rövşən İsaqdır, artıq 30 seriya yayımlanıb, mən isə 6 seriyada iştirak etmişəm”.

Qeyd edək ki, mətbuat katibi “Nəsimi”, “ Qara Volqa”, “Asif, Vasif, Ağasif”,”Od içində”, “Yaramaz” və s. kimi filmlərdə rol alıb.