Müğənni Zamiq Hüseynov “Lider” telekanalında yayımlanan “Bu saat” verilişinin aparıcısı olub.
Axşam.az-ın məlumatına görə, “Top 10” luğa yenicə daxil olmuş klipini təqdim edən Zamiq onun yuxarı pillələrdə yer tutacağına inandığını deyib. O, eyni zamanda həmkarlarını da qalib görmək istədiyini vurğulayıb.
Bu həftə Miri Yusifin “Mən küləyəm” adlı mahnısına çəkilmiş klip də “Top 10”luğa daxil olub.
Qeyd edək ki, veriliş həftəiçi beş gün, saat 16:00-da yayımlanır. Sözügedən layihənin rejissoru və müəllifi Nail Naiboğlu, prodüseri Pərviz Oqtayoğlu, musiqi redaktoru Rauf Sahiboğludur.
"Bu saat"ın informasiya dəstəyi Axşam.az saytına məxsusdur.
