Müğənni Elçin Cəfərov, sənətçi həmkarı Ülviyyə Tağıyeva ilə duet oxuduğu “Sən” adlı mahnıya çəkilmiş klipi təqdim edib.
Axşam.az-ın məlumatına görə, sözləri Elməddin Həmidova, musiqisi isə Tərlan Məmmədhüseynovla Elçinin özünə aid olan mahnının klipini rejissor Rza Əsgərov ərsəyə gətirib.
Ekran işi iki fərqli məkanda- pavilyonda və dəniz kənarında lentə alınıb. Xəyanətdən bəhs edən klipdə aktrisa Pərvin Abıyeva və aktyor Rahib Atababayev çəkilib.