Xanımları yaşlı göstərən saç düzümləri

Xanımları yaşlı göstərən saç düzümləri
2841 dəfə oxunub
  • A-
  • A
  • A+

Xanımlar xarici görünüşündə ən çox saçlarına diqqət yetirir. Lakin bəzən düzgün olmayan saç düzümü və ya kəsimi onları daha yaşlı göstərə bilər.

Axşam.az xanımları yaşlı göstərən saç xətalarını təqdim edir.

1. Uzun saçlar:

Saçların həddindən artıq olması sizi yaşından artıq yaşlı göstərməklə yanaşı boyunuzu da vizual olaraq qısa göstərir. Əgər sırf uzun saça sahib olmaq istəyirsinizsə, qat-qat kəsimdən istifadə edə bilərsiniz.

2. Yanlış saç uzunluğu:

Üz şəkliniz üçün düzgün saç düzümü seçməyə diqqət edin. Saçlar yaş artdıqca zəifləyir və qırılır. Onlara baxım və uyğun forma verməyə vaxt ayırın.

3. Görünüşü heç vaxt dəyişməmək

Xanımların buraxdığı səhvlərdən biri də illərə eyni saç modelindən istifadə etməsidir. Burada dəyişikliklərə getməkdən söhbət getmir. Kiçik toxunuşlarla daha gənc görünə bilərsiniz.

4. Tünd saç rəngi

Çox tünd saçlar yaşınıza illər əlavə edə bilər. Açıq rənglərlə daha təravətli görüntü əldə edə bilərsiniz. Eyni zamanda, yanlış şampun, aksesuar, hətta makiyaj da sizi olduğundan daha yaşlı göstərə bilər. Son zamanlar istifadə olunan boz və gümüşü rənglərin yaraşması insandan-insana dəyişir. Üz cizgiləriniz və özünüzü analiz edib sonra qərar verin. Bu baxımdan çətinlik çəkirsinizsə, saç ustanıza müraciət edin.