Hamar dəri və güclü saçların sirri

Hamar dəri və güclü saçların sirri
1364 dəfə oxunub
  • A-
  • A
  • A+

Dərinin daha təravətli olması üçün darçın və zəncəfildən istifadə etmisiniz? Qan axınını sürətləndirən və daha təravətli dəriyə sahib olmağınıza yardımçı olacaq bu ikilinin faydaları ilə daha yaxından tanış olmaq üçün oxumağa davam edin.

Axşam.az xəbər verir ki, darçın qan axını stimullaşdırır, dərinin səthinə qidalandırır, oksigen səviyyəsini artıraraq dərini parlaq və hamar edir. Yüngül antibakterial təsirlərə də malikdir. Payız və qışın sərt hava şəraitində dərinin duyduğu nəm ehtiyacını təmin etmək üçün əvəzsizdir. Bunun üçün darçını balla qarışdırın. Əldə etdiyiniz maskanı üzünüzə çəkib yarım saatdan sonra yuyun.

Darçın bəzi dəri tiplərində qıcıqlanmaya səbəb ola bilər. Üzünüzdə yüngül bir istilik hiss edirsinizsə, narahat olmaya bilərsiniz.

Darçın kimi, zəncəfil də qanı hərəkətə gətirdiyindən dərinizə tətbiq edərkən istilik yarada bilər. Zəncəfildən hətta saç baxımında da istifadə edə bilərsiniz. Dərini qidalandıraraq saç köklərini mökəmləndirir. Zəncəfil yağı ilə baş dərisini masaj edin, bu, saçlarınızı daha tez uzatmağa yardımçı olacaq.

Tərkibi:

¼ çay qaşığı rəndələnmiş zəncəfil
2 xörək qaşığı zeytun yağı

Zeytun yağını aşağı istilikdə qızdırıb rəndələnmiş zəncəfil əlavə edin. Zəncəfil qəhvəyi rəngə çevrildikdən sonra onu soyumağa buraxın. Soyuduqdan sonra zəncəfili yağdan çıxarın. Barmaqlarınızın ucu ilə masaj edərək tətbiq edin. 5-10 dəqiqədən sonra yaxşıca yuyun, şampun və saç kremi tətbiq edin.

Prosesi daha da asanlaşdırmaq üçün təzə rəndələnmiş zəncəfil əvəzinə 1-2 damcı zəncəfil efir yağından da istifadə edə bilərsiniz.