"Eurovision 2022"də bu ölkələr iştirak edəcək - Siyahı

"Eurovision 2022"də bu ölkələr iştirak edəcək - Siyahı
932 dəfə oxunub
  • A-
  • A
  • A+

“Eurovision-2022” beynəlxalq mahnı müsabiqəsində 41 ölkənin yarışmada iştirakı artıq təsdiqlənib.

Axşam.az verir ki, bu barədə yarışmanın mətbuat xidməti məlumat yayıb.

Gələn ilin mayında İtaliyanın Turin şəhərində keçiriləcək 66-cı "Eurovision" mahnı müsabiqəsində Azərbaycan, Rusiya, Avstraliya, Avstriya, Norveç, Ukrayna, Böyük Britaniya, İspaniya, İtaliya, Yunanıstan, Fransa, Almaniya, Ermənistan və başqa ölkələr iştirak edəcəklər.

“Eurovision 2022”nin yarımfinalları mayın 10 və 12-də, finalı isə mayın 14-də keçiriləcək.