“Bu saatın” növbəti məşhur aparıcısı – video

“Bu saatın” növbəti məşhur aparıcısı –  video
1396 dəfə oxunub
  • A-
  • A
  • A+

“Lider” telekanalında yayımlanan “Bu saat” verilişinin növbəti buraxılışında müğənni-bəstəkar Rəhim Rəhimli aparıcılıq edib.

Axşam.az-ın məlumatına görə, “Top 10”luqda həmkarlarının kliplərini təqdim edən sənətçi onlara uğur arzulayıb. 

Həftələrdir birinciliyini qoruyan əməkdar artist Ədalət Şükürovla Elmir Gəraybəylinin dueti “Top 10”luğu tərk edib. Həftənin birincisi isə Rəhim Rəhimli olub.

Qeyd edək ki, veriliş həftəiçi beş gün, saat 16:00-da yayımlanır. Sözügedən layihənin rejissoru və müəllifi Nail Naiboğlu, prodüseri Pərviz Oqtayoğlu, musiqi redaktoru Rauf Sahiboğludur.
"Bu saat"ın informasiya dəstəyi Axşam.az saytına məxsusdur.